Ukrayna PA rəhbəri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri ilə telefonla danışıb.
İnterpress.az xəbər verir ki, Ukrayna prezidentinin aparatının rəhbəri Yermak ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols ilə telefon danışığı aparıb.
Bu, Uolsun bu vəzifəyə təyin olunmasından sonra ilk söhbət olub.
Yermak Ukraynadakı mövcud vəziyyətdən danışaraq, xüsusilə ABŞ-dan beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Yaxın vaxtlarda Ukrayna və ABŞ prezidentləri arasında şəxsi görüşlərin təşkilinin zəruriliyi də müzakirə olunub.
Xuraman Etibarlı
İnterpress.az