Yüksək texnologiyalı protezlərlə təmin edilən qazilərin sayı AÇIQLANDIbackend

Yüksək texnologiyalı protezlərlə təmin edilən qazilərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib.

Onun sözlərinə görə, postmüharibə dövründə reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir və artıq 1 400-dək şəxs bu xidmətlərlə təmin olunub:

“Qeyd olunan dövrdə 115 qazi 119 yüksək texnologiyalı aşağı ətraf protezi ilə təmin edilib. Həmçinin, bu ilin ötən dövründə 1 162 nəfər 90-cı illərin Qarabağ müharibəsi və Vətən müharibəsi əlilinə 8 639 reabilitasiya vasitəsi verilib”.

“Yaxın zamanlarda yuxarı ətrafları amputasiya olunmuş qazilərin də yüksək texnologiyalı protezlərlə təminatına başlanılacaq”, – deyə o əlavə edib.