Yunanıstanda arıçılar paytaxt Afinada nümayiş keçiribbackend

Yunanıstanda arıçılar paytaxt Afinada nümayiş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda arıçılar paytaxt Afinada nümayiş keçirərək, istehsal xərclərinin aşağı salınmasını və xaricdən qeyri-qanuni bal gətirilməsinə qarşı nəzarətin artırılmasını tələb ediblər.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Parlament binası qarşısına toplaşan arıçılar istehsal xərclərinin artdığına işarə edərək, hökumətdən dəstək istəyiblər.

Yolsuzluq avtomobilləri ilə Sintaqma Meydanına gələnlərdən bəziləri arıçı paltarı geyinərək nümayişə qatılıb.

Nümayişçilər əllərindəki arı üfürücüləri yandıraraq parlament binasının önünü tüstü içində tərk ediblər.

Arıçılar xaricdən bal qaçaqmalçılığına qarşı da nəzarətin artırılmasını tələb ediblər.