“Yuventus”un yarımmüdafiəçisini iki aylıq itirdi – SƏBƏBbackend

“Yuventus”un yarımmüdafiəçisini iki aylıq itirdi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa millisi və “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dizindəki menisk zədəsi səbəbindən əməliyyat olunacaq.

O, hələ iyul ayında komanda məşqində zədələnib.

Əvvəlcə futbolçu milli komandanın tərkibində 2022-ci il dünya çempionatına çıxmaq üçün əməliyyatdan imtina edib. Lakin yeni müayinələr konservativ müalicənin zəif nəticə verdiyini və əməliyyata ehtiyac olduğunu göstərib.

Poqbanın 6 həftə sonra meydana qayıda biləcəyi gözlənilir.

Fransa millisinin yarımmüdafiəçisi noyabrın 20-də Qətərdə başlayacaq dünya çempionatı üçün özünü bərpa etməyə vaxt tapacaq.

Mənbə: sports.ru