Məşhur “ARTNews” nəşri yüzilliyin ən yaxşı muzey binalarını seçib.
İnterpress.az xəbər verir ki, ən yaxşı 25 muzeyin təqdim olunduğu siyahıda Azərbaycan Milli Xalça Muzeyi də yer alıb.
Xatırladaq ki, muzeyin hazırkı binası 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında inşa edilib.
Siyahıda həmçinin Türkiyənin Əskişəhər bölgəsində yerləşən “Odunpazarı Modern Muzeyi” də yer alıb.