Zakir Fərəcovun olduğu deyilən restoranın icarədarı həbs edildibackend

Zakir Fərəcovun olduğu deyilən restoranın icarədarı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərindəki məşhur “Kalyon” restoranında qanunsuz keçirilən toya görə məsul şəxs həbs edilib.

İnterpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 23-də şəhərin Sahil küçəsində yerləşən “Kalyon” restoranında portalda qeydiyyatdan keçmədən toy məclisi təşkil olunub.

Polisin keçirdiyi reyd zamanı bu fakt aşkarlanıb və restoranın icarədarı, 1984-cü il təvəllüdlü Çaylar İsmayılov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanan işə məhkəmədə baxılıb. Hakimin qərarı ilə Ç.İsmayılov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, daha öncə mediada gedən məlumatlarda “Kalyon” restoranının Sumqayıtın icra başçısı Zakir Fərəcova aid olduğu qeyd edilib.