Zatulin Paşinyanı TƏHQİR ETDİ: “Bu, ən alçaq addımdır”backend

Zatulin Paşinyanı TƏHQİR ETDİ: “Bu, ən alçaq addımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zatulin Paşinyanı Vaşinqton sammitində iştirakı ilə bağlı təhqir edib.

Interpress.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst Konstantin Zatulın Ermənistanın ABŞ-nin ev sahibliyi ilə keçirilən Vaşinqton sammitində iştirakını kəskin tənqid edib.

O, bu addımı “hazırlanan razılaşmanın ən alçaldıcı tərəfi” adlandırıb.

Deputatın sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ABŞ Prezidenti Co Baydenin vasitəçiliyi ilə əldə olunacaq mümkün razılaşma regionda Vaşinqton və Ankaranın mövqeyini gücləndirəcək. Eyni zamanda Rusiya və İranın təsir imkanları zəifləyəcək.

Zatulın hesab edir ki, bu proses nəticəsində “Türkiyə Ermənistan ərazisindən keçməklə Azərbaycana, oradan isə Xəzər və Mərkəzi Asiyaya birbaşa yol əldə edəcək”.

O, bu dəhlizin NATO və ABŞ-nin regiona girişini asanlaşdıracağından narahatlığını gizlətməyib.

Xuraman Etibarlı

Interpress.az