Zelenski: “Aİ-nin Rusiyaya qarşı 7-ci paketinin hazırlanmasına çalışacağıq”backend

Zelenski: “Aİ-nin Rusiyaya qarşı 7-ci paketinin hazırlanmasına çalışacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tammiqyaslı hücumu üçün yeddinci sanksiyalar paketinin hazırlanması üzərində işləyəcək.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətinə istinadən xəbər verir.

“Biz həmçinin bu müharibə üçün Rusiyaya qarşı yeni məhdudiyyətlər üzərində işləyəcəyik. Altıncı sanksiyalar paketi qüvvəyə minən kimi dərhal yeddinci paketi hazırlamağa başlayacağıq. Sonda azad dünya ölkələri ilə terror ölkəsi arasında ciddi iqtisadi əlaqələr olmamalıdır”, – dövlət başçısı deyib.

Xatırladaq ki, dünən Avropa İttifaqı Rusiyaya qarşı neftə qismən embarqo, “Sberbank”ın SWIFT-dən ayrılması, üç təbliğat telekanalına qadağa, eləcə də daha 80 şəxsə qarşı sanksiyalarla Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıb.

Zelenskinin sözlərinə görə, neft embarqosu Rusiyanı qlobal iqtisadiyyatdan kənarda qoyacaq.