Zelenski qərar verməzdən əvvəl Ərdoğanla görüşmək niyyətindədir.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti mənbələri məlumat yayıb.
Zelenski Rusiya ilə danışıqlarda “növbəti addımlar” barədə qərar verməzdən əvvəl Ərdoğanla görüşmək niyyətindədir.
Ukrayna və Türkiyə liderlərinin görüşü Bakı vaxtı ilə saat 14:00-a planlaşdırılıb.
Məlumata görə, İstanbulda Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nahardan sonra başlanması gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az