Zelenski yəhudilərdən kömək istədibackend

Zelenski yəhudilərdən kömək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi artırmağınızı xahiş edirəm”.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Yəhudi Komitəsinin Qlobal Forumunun iştirakçılarına müraciətində bildirib.

“Rusiya ümid edir ki, dünyanın reaksiyasına məhəl qoymadan Ukraynaya, dinc insanlara qarşı müharibəni davam etdirməyə kifayət qədər gücü var. Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm”, – Zelenski çıxışında deyib.

Daha sonra Ukrayna Prezidenti ölkəsinə silah lazım olduğunu vurğulayıb.

“Bizə güclü hücum silahları lazımdır. Silah müharibə ancaq uzanacaq və qurbanların sayı artacaq. Sizin köməyiniz vacibdir. Siz öz təsirinizi artıra bilərsiniz. Ümumi azadlığımızı, təhlükəsizliyimizi, mədəni müxtəlifliyimizi qorumaq üçün tarixi imkan yaranıb”, – Zelenski sözlərinə əlavə edib.