“Zəngəzur dəhlizi Pakistandan Türkiyəyə yeni koridoru təmin edəcək” – Sahibə Qafarovabackend

“Zəngəzur dəhlizi Pakistandan Türkiyəyə yeni koridoru təmin edəcək” – Sahibə Qafarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi həm də qardaş Pakistandan Türkiyəyə, Azərbaycana qədər yeni koridoru təmin edəcək”.

İnterpress.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

S. Qafarova deyib ki, üçtərəfli format sçərçivəsində görüşlərin davamlı keçirilməsi vacibdir:

“Bu platforma ölkələrimizin daha sıx birləşməsinə imkan yaradacaq. Üçtərəfli Görüş çərçivəsində Bakı Bəyannaməsi qəbul ediləcək. Bəyannamədə parlamentlərarası dialoq, ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, beynəlxalq təşkilatlarda birgə addımlar atmaq, beynəlxalq məsələlərin həllinə parlament dəstəyinin təmin olunması əhəmiyyətli olacaq. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsinə dəstəyi də mühüm hesab edirəm”.