1 saylı “zon”un rəisi avtoritetlərə yas mərasimi təşkil edibbackend

1 saylı “zon”un rəisi avtoritetlərə yas mərasimi təşkil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı həbsxanada yas mərasimi təşkil edib və ehsan olaraq “çefir” (tünd çay) paylayıb.

Bu barədə reportyor.info saytı məlumat yayıb.

Yas mərasimində məhbusların 80%-i iştirak edib.

Həbsxanada yas mərasimi təhlükəsiz keçsin deyə, E.Həsənov cəzaçəkmə müəssisəsinin bütün işçilərini səfərbər edib və onlara “düzül” əmri verilib.

Əldə etdiyim məlumata görə, R.Lənkəranskinin yas mərasimi 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun şəxsi tapşırıqları əsasında təşkil edilib.

Sabah isə – 19 avqust “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun anım günüdür. E.Həsənovun “Lotu Quli”nin ölüm günü ilə bağlı yas mərasiminin təşkil olunması üçün tapşırıq verib və hazırda həbsxanda bununla bağlı hazırlıqlar həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan islahatlardan kənarda qalan yeganə və ən problemli sahələrdən biri və birincisi məhz Penitensiar Xidmətdir. Azərbaycan qalib ölkə kimi təhsili, iqtsiadiyyatı inkişaf etdirməyi və ordunu daha da gücləndirməyi, maaarifləndirmə prosesini sürətləndirməyi qarşısına əsas mqəsəd qoyub.

Ancaq belə bir şəraitdə əynində zabit rütbəsi daşıyan 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun cinayətkarlığı təbliğ etməsi, məhbusları islah etmək əvəzinə, onları kriminallaşdıran üsullara əl atması rəzalətdir və bu, qanunla hüquqi məsuliyyət yaradır.

E.Həsənov vəzifə səlahiyyətlərindən istifadə edərək bütün məhbusları, cəzaçəkmə müəssisəsinin əməkdaşlarını qanundan kənar mərasimlərin keçirilməsinə cəlb edir, havay ehsan (hələ bu ehsanın hansı pulla verildiyi bilinmir) paylayır.

Bu tip mərasimlərin keçirilməsi Azərbaycanın müasir dövlət idarəçiliyi modelinə tamamilə ziddir.

Azərbaycanda cinayətkarlığın artmasının əsas səbəblərindən biri cəzaçəkmə müəssisələrində islah prosesinin aparılmamasıdır. Ona görə də məhbuslar azadlığa çıxandan sonra yenidən cinayət törədərək həbxanaya yollanır.

Bu prizmadan yanaşsaq, E.Həsənov kimi dövlət məmurlarının Azərbyacan dövlətinə, büdcəsinə, xalqına və cəmiyyətinə hansı həcmdə zərər vurduğunu təsəvvür etmək elə də çətin deyil.

Müəllif: Samir Feyruzov