Salyanda avtomobil qəzası: 3 ölübackend

Salyanda avtomobil qəzası: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəhşətli yol qəzası dekabrın 31-də axşam saatlarında Ələt-Astara magistral yolunun 25-ci km-də – Salyan rayonunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Salyan şəhər sakini, 25 yaşlı Orxan Nəzərov idarə etdiyi \”Mercedes\” markalı minik maşını ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Yoldan kənara aşan avtomobil bir neçə dəfə yuvarlanıb.

Nəticədə Sürücü O. Nəzərov və həmyerlisi, 29 yaşlı Ramin Sadıqov hadisə yerində ölüb.

Maşındakı digər sərnişinlər – Salyan rayon sakinləri, 28 yaşlı Ülvi Sadıqov və İlkin İmanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Meyitlər və xəsarət alanlar Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə gələn xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, İlkin İmanovu xilas etmək mümkün olmayıb.

O bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az