Qiyamət günü – VİDEObackend

Qiyamət günü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iddianın sahibi Maykl Ballaban adlı bloqqerdir. Ballaban bloquna qoyduğu videonun CNN tərəfindən hazırlandığını iddia edir. Video “Titanik” gəmisi batarkən çalınan “Tanrım, sənə daha yaxınam” (Nearer to my God to thee) əsəriylə başlayır.

“Jalopnik” adlı bloqda yazan Ballaban CNN-nin “Qiyamət günü videosu”nu ilk dəfə əvvəllər həmin kanalda işləmiş universitet professorundan eşitdiyini deyib. Daha sonra 2009-cu ildə CNN-də təcrübə keçən Ballaban videonun həqiqətən də kanalın arxivində saxlanıldığını iddia edib.

Bloq yazısına görə, sirli video CNN-nin MİRA adlı arxiv sistemində “Törner qiyamət günü videosu” adıyla saxlanılır. Ted Törner 1980-ci ildə CNN kanalını yaradaraq dünyada ilk dəfə 24 saat xəbər verən ilk kanalını açıb.

Videonun qovluğunun üzərində “embarqo” işarəsinin olduğu və dünyanın sonunun gəldiyi dəqiqləşməyənə qədər yayınlanmamasının məsləhət görüldüyü bildirilir.
Ancaq iddia sahibi Ballabanın yenə də şübhəsi var. Bloqqer yazır ki, videonun varlığı zarafata oxşayır.

İnterpress.azhttps://youtube.com/watch?v=dwvHJ7Zhxwo