Yunanıstanda iğtişaşlar zamanı 130-dan çox adam saxlanılıbbackend

Yunanıstanda iğtişaşlar zamanı 130-dan çox adam saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afina polisi Makedoniyanın adınının dəyişdirilməsi ilə bağlı razılaşmaya qarşı keçirilən mitinqdən sonra yaranmış kütləvi iğtişaşlar zamanı azı 133 nəfəri saxlayıb.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, onlardan 10-u həbs edilib.

Ötən gecə Afinanın mərkəzində Yunanıstan Parlamentinin yaxınlığında keçirilən mitinq zamanı bir qrup etirazçı polisə daş və fayerlər atmağa başlayıb. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Mitinqlər davam edəcək.

Etirazçılar Makedoniyanın NATO və Avropa İttifaqına qoşulması halında bu addan istifadəsinin əleyhinə çıxırlar. Onlar Yunanıstan xaricində bu toponimin işlənməsinin ölkənin tarixi irsinə qəsd kimi qiymətləndirirlər.

İnterpress.az