Bakıda qəza törədən sürücünün meyitini FHN çıxardıbackend

Bakıda qəza törədən sürücünün meyitini FHN çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

FHN-dən İnterpress.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Əhmədov Şamil Şiraz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

İnterpress.az