Qaraçuxur qəsəbəsi ərazisindən silah-sursat aşkarlanıb.
Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, daxil olan məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdsarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 7 ədəd patron tapılıb.
İnterpress.az