İnterpress.az xəbər verir ki, Trend-in məlumatına görə, təbiət hadisəsi Qumluca rayonunda ciddi fəsadlara səbəb olub.
Qasırğa ilə əlaqədar bir neçə istixana dağılıb və işçilər xəsarət alıb. Bu saata olan məlumata görə, qasırğa nəticəsində yaralananların sayı 5 nəfərdir.
Xatırladaq ki, yanvarın 24-ü Antalyada baş vermiş qasırğa nəticəsində 2 həlak olmuş, 11 nəfər xəsarət almışdı.
İnterpress.az