Gürcüstanda azərbaycanlılar aksiya keçirdi – Bu dəfə Nərimanovun heykəlini sökürlər – FOTObackend

Gürcüstanda azərbaycanlılar aksiya keçirdi – Bu dəfə Nərimanovun heykəlini sökürlər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstünda yaşayan azərbaycanlılar aksiya keçirib.

İnterpress.az-ın məlumatına görə, aksiya ölkənin Marneuili şəhərində baş tutub. Aksiya Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə keçirilib.

Aksiyada azərbaycanlı gənc fəallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, bir müddət əvvəl Marneulidə Nəriman Nərimanovun heykəlinin yerləşdiyi parka Merab Kostavanın adının verilməsi ilə bağlı təkliflər irəli sürülüb. Azərbaycanlı fəallar da bunun qarşısının alınması istiqamətində bir sıra tələblər irəli sürüblər. Aksiya təşkilatçılarından olan Aygül İsayeva çıxışı zamanı bildirib ki, həmin parka Kostavanın adının verilməsi ilə bağlı şəhər bələdiyyəsinə də müraciət edilib: \”Onlar ad verilməsi baş tutduğu halda N.Nərimanovun heykəlinin buradan götürüləcəyini də deyirlər. AMma biz buna imkan verməyəcəyik\”.

Aksiyada çıxış edən ziyalılar N.Nərimanovun Azərbaycanla yanaşı Gürcüstün üçün də böyük xidmətlər göstərdiyini və onun büstünə qarşı qərəzli addımlar atıldığını yolverilməz hesab ediblər.

Tədbirin sonunda Marneuli rayon bələdiyyəsinin sədri Amiran Giorqadzeyə ünvanlanmış müraciət oxunub. Eyni zamanda, müraciət üçün aksiya iştirakçıları arasında imza toplanıb.

Gürcüstanda azərbaycanlılar aksiya keçirdi - Bu dəfə Nərimanovun heykəlini sökürlər - FOTO

İnterpress.az