Fətvaya əsasən bədəninə döymə etdirənlər Allahdan bağışlanmalarını diləməlidirlər.
Fətvada deyilir: \”İslam döyməni qadağan edir. Vücudunda döymə olan şəxs onu sağlığına zərər vurmadan aradan qaldırmalıdır. Bu, mümkün deyilsə, Allahdan bağışlanmasını diləməlidir\”.
O da bildirilir ki, müvəqqəti döymələr qüsl və dəstəmaza mane olur: \”Yapışdırma yolu ilə dəri üstünə vurulan döymə suyun dəriyə təmas etməsinə mane olduğundan qüsl və dəstəmaza əngəl törədir. Qalıcı döymə isə suyun dərinin alt qaltına təmas etməyəcək təbəqə yaratmadığı üçün qüsl və dəstəmaza mane törətmir\”.
İnterpress.az