Ukraynada bir ailəni xilas edən azərbaycanlı qardaşları 30 ölkə belə təbrik etdi – FOTObackend

Ukraynada bir ailəni xilas edən azərbaycanlı qardaşları 30 ölkə belə təbrik etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı Ümid və Sabir Şirinov qardaşlarının qəhrəmanlığı onlarla səfirin alqışına səbəb olub.

İnterpress.az xəbər verir ki, Diasporpress.az-ın əldə etdiyi məlumata görə, Kiyev şəhər Dövlət Administrasiyasında Holokost Qurbanlarının Beynəlxalq Anma Gününə həsr edilmiş \”Altı milyon ürək” adlı tədbir keçirilib.

İsrailin Ukraynadakı səfirliyi, Ukrayna Yəhudi Forumu və Ukrayna Millətlər Assambleyasının təşkilatçılığı ilə keçirilən tədbirdə xarici diplomatik korpuslarının rəhbərləri, beynəlxalq təşkilatlar, Ali Radanın deputatları, Ukraynanın tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Ukrayna Millətlər Assambleyasının, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Holokost soyqırımını Xocalı soyqırımı ilə müqayisə edib. Bildirib ki, tarixdə belə soyqırım faktlarının baş verməməsi üçün dünya ictimaiyyəti bu cür hallara qarşı amansız mübarizə aparmalıdır.

R.Tağıyev daha sonra tədbirə qatılan bir ukraynalı ailəni faciədən qurtaran soydaşlarımız Ümid və Sabir Şirinov qardaşlarını təqdim edib.

Onların qəhrəmanlıqları tədbirdə iştirak edən 30-a yaxın səfirin alqışlarına səbəb olub. Tədbirdə iştirak edən Amerika, Alamniya, Fransa, İsrail, Kanada, Avstriya və digər ölkələrin fövqəladə və səlahiyyətli səfirlər azərbaycanlı qardaşları ayaq üstə alqışlayıb.

Daha sonra Ukrayna mədəniyyət naziri Yevqeniy Nişikunun təşəkkür məktubu və Ukrayna Millətlər Assambleyasının və BUAK rəhbəri Rövşən Tağıyevin fəxri diplom və hədiyyələri Şirinov qardaşlarına təqdim edilib.

Qeyd edək ki, yanvarın 19-da Ukraynada yaşayan azərbaycanlı qardaşlar yanan avtomobilin içərisindəki bir ailəni xilas ediblər. Daha sonra onlar Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko tərəfindən \”Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırılıb. Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri olan qardaşların mükafatlandırma mərasimi zamanı Moskalenko onlara minnətdarlığını bildirib.

Ukraynada bir ailəni xilas edən azərbaycanlı qardaşları 30 ölkə belə təbrik etdi - FOTO

İnterpress.az