ABŞ prezidenti Donald Tramp Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin əvəzində yeni raket sazişi imzalamaq istədiyini bildirib.
İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, o bunu Ağ evdə jurnalistlərə deyib.
\”Ümid edirəm biz hamını böyük və gözəl otağa yığıb daha yaxşı bir müqavilə bağlamağa müvəffəq olacağıq. Mən bunu görmək istərdim\”, – deyə Tramp bildirib.
Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə haqqında danışan Amerika lideri qeyd edib ki, Vaşinqton digər tərəf müqaviləni pozduğu halda, ona əməl etməyəcək.
İnterpress.az