Ramiz Mehdiyev sərəncam imzaladıbackend

Ramiz Mehdiyev sərəncam imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

İnterpress.az xəbər verir ki, sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

Qeyd edək ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu il mayın 2-3-də keçiriləcək.

İnterpress.az