İnterpress.az xəbər verir ki, tanınmış müğənni, aktrisa, rəqqas və prodüsser olan Cennifer Lopez ötən günlərdə Honq-Konq yaxınlığındakı Makauda yüksək məbləğ müqabilində konsert proqramı ilə çıxış edib.
Konsert boyu sevilən mahnıları və seksual rəqsi ilə dinləyicilərini coşduran müğənni bir-birindən gözəl geyimlərlə səhnəyə çıxıb.
Cennifer Lopezə 40 dəqiqəlik səhnə çıxışı üçün 1,75 milyon dollar qonorar ödənilib. Bu isə konsertin hər dəqiqəsi üçün 43 min dollar alması deməkdir.
İnterpress.az