İnterpress.az xəbər verir ki, Efiopiyada su qıtlığına bambukdan hazırlanan yeni avadanlıq vasitəsilə son qoymaq mümkün olacaq.
Mühəndislərin hazırladığı yeni avadanlıq yağış və hətta nəmi toplayaraq suya çevirəcək. Gün ərzində 60-90 litr su “hazırlayacaq” yeni avadanlıq 1000 dollara başa gəlir.
Bu vasitə ilə ölkədəki 60 milyon insanın üzləşdiyi su probleminin qismən də olsa həll ediləcəyi gözlənilir.
Yeni avadanlıq uğurla sınaqdan keçirilərsə başqa Afrika ölkələrində də istifadə ediləcək.
Bambu Kulesiyle Havadan Su Üretecekler haberler
İnterpress.az