Parisdə marketə basqın etmiş İŞİD-çinin videosu yayıldı – VİDEObackend

Parisdə marketə basqın etmiş İŞİD-çinin videosu yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuya aid olduğu iddia edilən 6 dəqiqəlik videoda onun İŞİD bayrağının qarşısında danışdığı nəzərdən yayınmır.

Yəmən əl-Qaidəsinin üzvü olan, Parisdə Çarli Hebdo qəzetinə basqın zamanı 12 nəfəri qətl edən Kouaçi qardaşlarını gizləndiyi yerdən qurtarmaq üçün marketə basqın edən Coulibalinin İŞİD bayrağı qarşısında etdiyi videomüraciət insanların beynində bir çox sualların yaranmasına gətirib çıxarıb.

Məsələnin ən maraqlı tərəfi ondadır ki, əl-Qaidə və İŞİD terror qruplaşmaları bir-birilərinə düşmən qruplaşmalardır. Bu videodan sonra \”İŞİD-lə əl-Qaidə dost qruplaşmalardırmı?\” – deyə suallar ortalığa çıxmağa başlayıb.

İnterpress.az həmin videonu təqdim edir:

İnterpress.az

https://youtube.com/watch?v=1YKh-A4751k