Barzani bu bəyanatla Ərbilə gələn Almaniya Müdafiə naziri Ursula Von der Levenlə görüşdükdən sonra çıxış edib.
Almaniyalı naziri 2-ci dəfə qonaq etdiklərini deyən Barzani bildirib ki, bu ziyarətlər Almaniya ilə Kürdüstan bölgəsi arasında əlaqələrin yaxşı olduğunu göstərir: “Almaniya Kürdüstana hərbi yardım etdi və bunun sayəsində də terrorçuların hücumları boşa çıxdı. Peşmərgə gücləri bu silahlarla terror təşkilatını böyük məğlubiyyətə uğratdı. İŞİD-i məğlub etmək peşmərgə üçün böyük bir şərəfdir”.
Barzani deyib ki, qarşıda daha uzun müharibə ola bilər: “Terror hücumları davam edə bilər”.
Alman nazir öz növbəsində peşmərgəyə hərbi yardımdan danışarkən kürd hərbçiləriə hərbi müşavirlər göndəriləcəyini vurğulayıb. Bu məqsədlə Erbilə 100 hərbi müşavir göndəriləcək.
İnterpress.az