İnterpress.az xəbər verir ki, buna səbəb Fransada terrora məruz qalan “Charlie Hebdo”nun bugünkü sayından bir bölümünün “Cumhuriyet” qəzetində yayınlanması olub.
Qəzetin mətbəədən çıxan nömrələrini daşıyan nəqliyyat vasitələri polis tərəfindən saxlanılıb. Gecə saatlarında aparılan yoxlama 40 dəqiqə davam edib. Ancaq bundan sonra Prokurorluq axtarışın nəticəsi barədə məlumatlandırılıb və qəzetin mətbəədən çıxarılmasına icazə verilib.
Qəzetin yayın direktoru Utku Çakırözer məsələ ilə bağlı bunları söyləyib: \”Yazarlarını terror hücumlarında itirən “Cumhuriyet” “Charlie Hebdo” qətliamının acısını çox yaxşı anlayır. İfadə və söz azadlığına yönəlik bu hadisəni qətiyyətlə pisləyirik. Dəstəyimizi xəbər və yorumlarımızla göstərdik. Bu dəstəyin davamı olaraq qəzetimizdə “Charlie Hebdo”nun xüsusi buraxılışından 4 səhifəlik materiala yer ayırdıq. Bu materialları hazırlayarkən toplumların dini həssaslıq və inanclarına xüsusi diqqət göstərdik. “Cumhuriyet” bu günə qədər olduğu kimi bundan sonra da ifadə azadlığını müdafiə etməyə davam edəcək”.
Qeyd edək ki, Milli Türk Tələbə Birliyi qəzetdə “Charlie Hebdo” karikaturalarından bəzilərini dərc olunmasına sərt reaksiya verib. Bir qrup gecə yarısından etibarən qəzetin binası qarşısında aksiya keçirir.
İnterpress.az