Ukrayna əsgərləri iki çeçeni əsir götürübbackend

Ukrayna əsgərləri iki çeçeni əsir götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 13-də Ukrayna ordusunun Donetsk hava limanındakı mövqelərinə hücum edən separatçılar və onların tərəfindən döyüşən rusiyalı silahlılar itki verərək geri çəkilib.

Bunu özünün “Facebook” səhifəsində Ukrayna Ali Radasının üzvü, “İnformasiya Müqaviməti” hərbi tədqiqatlar mərkəzinin rəhbəri Dmitri Tımçuk yazıb.

D. Tımçuk bildirib ki, son günlər Donbassda atışmaların intensivliyi və Ukrayna mövqelərinə hücum cəhdlərinin sayı artıb: “Donetsk hava limanında Rusiya qüvvələrinin həmlə qruplarından biri Ukrayna ordusunun xəncərvari cinah atəşinə məruz qalaraq itki verib. Ukrayna güc strukturlarının əməkdaşları iki “kadırovçu”nu əsri götürüb. Onlar Çeçenistan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”.

İnterpress.az