İordan çayının qərb sahilində TOQQUŞMA: İsrail turistlərinə HÜCUM EDİLDİ – VİDEObackend

İordan çayının qərb sahilində TOQQUŞMA: İsrail turistlərinə HÜCUM EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordan çayının qərb sahilində fələstinlilər turistlərə hücum edib və hərbçilərə atəş açıblar.

İnterpress.аz xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İordan çayının qərb sahilindəki Havat-Gilad məskunlaşma məntəqəsinə aparan yol yaxınlığında bir qrup İsrail turisti fələstinlilərin qəfil hücumuna məruz qalıb.

İsrail təhlükəsizlik qüvvələri hadisə yerinə gəldikdən sonra insident geniş silahlı toqquşmaya çevrilib.

İlkin məlumatlara əsasən, hücum edənlərdən biri qəsəbənin mühafizə əməkdaşının silahını ələ keçirərək ətrafa atəş açıb. Nəticədə bir nəfər yaralanıb və təcili olaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində İsrail hərbçiləri ilə hücum edən qrup arasında kəskin atışma baş verib.

Hadisənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri kəskin şəkildə gücləndirilib və hərbi qüvvələr tərəfindən nəzarət təmin olunub.

Hazırda baş verən silahlı toqquşmanın təfərrüatları və hadisənin digər detalları dəqiqləşdirilir.

 

Xuraman Etibarlı

İnterpress.аz