Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatı XİN rəhbərlərinin iclası başlayıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qırğızıstanın Çolpon-Ata şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının rəsmi iclası işə başlayıb.
Tədbiri giriş sözü ilə açan Qırğızıstanın xarici işlər naziri Kulubayev bu iclasın ŞƏT-ə üzv dövlətlərin başçılarının qarşıdan gələn zirvə görüşünə (sammitinə) hazırlığın yekun mərhələsi olduğunu xatırladıb.
Nazir qeyd edib ki, görüş çərçivəsində nazirlər dövlət başçılarının gələcək müzakirəsinə təqdim olunacaq mühüm sənəd layihələrinə baxaraq onları təsdiq etməlidirlər.
Sammit ərəfəsində baş tutan bu iclasda həmçinin təşkilatdaxili əməkdaşlığın gücləndirilməsi, iqtisadi əlaqələr və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzularından biridir.
Xuraman Etibarlı
İnterpress.аz






