Bu barədə APA-ya Eldəniz Rəsulovun özü məlumat verib: “Ürək ağrılarım var idi, həkimə müraciət etdim, məlum oldu ki, ikinci dəfə infarkt keçirmişəm. Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldım, indi evdə müalicələrim davam edir. Səhhətim hələlik normaldır, dərmanları qəbul edim, görək necə olur”.
E.Rəsulov əlavə edib ki, bir müddətdən sonra əməliyyata ehtiyac yarana bilər: “Həkimlər dedilər ki, müalicənin nəticəsindən asılı olaraq, əməliyyata ehtiyac ola bilər”.
İnterpress.az