Bakı şəhər sakini Tahir Qocayevə məxsus avtomobil təmiri sexində təbii qazın sızmasından partlayış baş verib.
Hadisə yanvarın 13-də saat 12 radələrində Binəqədi rayonunun A.Kunanbəyov küçəsində qeydə alınıb.
Partlayış zamanı avtomobil təmiri sexinin sahibi T.Qocayev yanıq xəsarəti alıb. O, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilib.
İnterpress.az