İnterpress.az xəbər verir ki, CBC-in bölmə direktoru Devid Studer rəsmi telekanalın xəbər bülliteninə qatılaraq “Həmin karikaturalar kimlərinsə xoşuma gəlsə də, başqa bir qrup insanların hissiyatına toxunur” deyə vurğulayıb.
“Biz məsuliyyət daşıyan bir mətbuat orqanıyıq. Kanadanın milli yayın quruluşu olaraq hörməti təşviq etmək işimizin bir parçasıdır. Dinlərin önəm verdiyi, sayğı duyduğu şeylər vardır. Bu bəzən bir heykəl, bəzən də bir şəkil ola bilər. Əgər islam peyğəmbərin şəklinin çəkilməsini yasaqlayırsa, buna hörmət etməliyik”.
Bölmə müdirinin sözlərinə görə, karikaturanı dərc edən jurnal provakativ davranıb: “Bəzilər bu karikaturaları görmədən qiymətləndirə bilməyəcəyimizi söyləyirlər. O karikaturaların varlığı belə provakasiya üçün yetərlidir. Bunu yayınlamaq çoxluq tərəfindən dinə hörmətsizlik kimi qəbul edilir. Biz yerdə uzanan polisi vuran terrorçuların görüntülərini də bu düşüncəyə görə yayınlamadıq. Karikaturaları da yayınlamayacayıq. İstəyən internetdən tapıb baxa bilər”.
Qeyd edək ki, “Charlie Hebdo” jurnalının son sayından Kanadaya 1500 ədəd göndərilib.
Cbc, Tartışmalı Karikatürleri Yayınlamayacak haberler
İnterpress.az