ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyibbackend

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Polşa və Rumıniyadan olan həmkarları ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, ABŞ-dan fərqli olaraq, NATO bu təklifə müsbət yanaşıb.
“Bizim tərəfdən hər şey aydındır. Rusiyadan bu müdafiə sistemini almağa məcbur olduq. Çünki on ildir, müttəfiqlərimizdən ala bilmirdik və Rusiya daha yaxşı təkliflər irəli sürdü. ABŞ-da olarkən NATO-nun iştirakı ilə “S-400”lərə dair iddiaların araşdırılması üçün komissiya yaradılmasını təklif etdim. Biz bu iddiaların doğru olduğunu düşünmədiyimiz halda araşdırılmasını istədik”, – deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə və Rusiya arasında “S-400” raket kompleksinin satışıa dair müqavilə imzalanıb.

İnterPress.az