Türkmənlər Əsədə qarşı briqada yaratdı – VİDEObackend

Türkmənlər Əsədə qarşı briqada yaratdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, briqadaya bağlı birliklər Laskiyə ətrafında rejim qüvvələriylə savaşacaq. Suriyanın Türkiyə ilə sərhədində yerləşən Laskiyə bölgəsində 4 ildir Əsədə qarşı savaşan Osman Qazi, Ömər bin Əbdüləziz və Ömər Muxtar adlı birliklərə son dövrdə çox sayda türkmən gəncin qoşulması nəticəsində “Sultan Əbdülhəmid Xan” briqadası yaradılıb.

Briqada komandanlığına əvvəlcə Ömər Muxtar birliyinin komandiri Ömər Abdullah gətirilib. Türkmənləri birləşdirən briqada bölgədə nəzarəti ələ almağa çalışır. Yaydığı bəyanatda briqada qarşısına qoyduğu məqsədi belə açıqlayıb: “Bizlər Bayır-Bucaq bölgəsinin türkmən mücahidləriyik. 40 illik xain, dinsiz, despot Əsəd rejiminin təzyiqlərindən qurtulub dinimizi azad yaşayıb öz dinindən, özündən, millətindən, yaşadığı torpaqlardan vaz keçmək istəməyən mücahidlərik. 4 ildən bəri davam edən savaşda qanımızla, canımızla mübarizə apardıq. Bütün imkansızlıqlara baxmayaraq yıxılmadıq, əzilmədik. Qəhrəmanlıqla verdiyimiz mücadiləyə davam etmək boynumuzun borcudur. Dilimizi və dinimizi assimilyasiya edib, bizi ulu babamızın yadigarı Bayır-Bucaq torpaqlarından atmaq istəyən Əsəd rejiminə qarşı qanımızın son damlasına qədər savaşacağıq”.



İnterpress.az