Bakıda kriminal avtoriteti güllələyənlər tutuldubackend

Bakıda kriminal avtoriteti güllələyənlər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonunda odlu silahla qətl törətməkdə şübhəli bilinən şəxslərin adı məlum olub. Onlar Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur.

Cəlalov Taleh İbrahim oğlu Hüseynov Səxavət Oruc oğlu ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir.

Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.