Azərbaycanda lama və dəvəquşu aqrar sığortanın predmeti sırasından çıxarılıbbackend

Azərbaycanda lama və dəvəquşu aqrar sığortanın predmeti sırasından çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu, layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında ikinci oxunuşda müzakirə çıxarılan “Aqrar sığorta haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, birinci oxunuşda aqrar sığortanın predmetləri sırasında qeyd edilən ev quşları, arı ailələri də layihədən çıxarılıb və ikinci oxunuşda ümumilikdə kənd təsərrüfatı məqsədi ilə yetişdirilən heyvanlar aqrar sığortanın predmeti sırasına daxil edilib.
Digər dəyişikliklər çoxillik əkmələr, onların məhsullarının və akvakultura məhsullarının da aqrar sığortanın predmeti sırasına daxil edilməsidir.

Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazidəki və ya xəstə kənd təsərrüfatı heyvanlar və akvakultura məhsulları isə aqrar sığorta predmeti ola bilməz.

Beləliklə, qanun layihəsinin ikinci oxunuşuna əsasən, aşağıdakılar aqrar sığortanın predmeti sayılır:

– kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulları da daxil olmaqla);

– kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədi ilə yetişdirilən heyvanlar;

– Akvakultura məhsulu.

Layihədə qeyd edilib ki, həmin predmetlərin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Xatırladaq ki, qanun layihəsinin birinci oxunuşda komitədə və parlamentdə müzakirəsi zamanı lama və dəvəquşuların aqrar sığortanın predmeti sırasına daxil edilməsi birmənalı qarşılanmamışdı. Millət vəkilləri Azərbaycanda lama və dəvəquşu saxlanmadığı halda onların aqrar sığortanın predmetləri sırasına daxil edilməsini düzgün saymamışdılar.

İnterpress.az