“Nəsimi-650 illik dəyər” ictimaiyyətə təqdim edilibbackend

“Nəsimi-650 illik dəyər” ictimaiyyətə təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Daha sonra təşkilat rəhbəri Nigar Ələsgərova layihə barədə ətraflı məlumat verib və Prezeident İlham Əliyevin görkəmli şair Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq “Odlar Yurdu” İctimai Birliyinin bu istiqamətdə gördüyü işlərdən danışıb. Gənclərə milli ədəbi irsimizin, Nəsimi irsinin daha geniş tanıdılması məqsədilə çəkilmiş filmin və səsli kitabın əhəmiyyəti barədə söhbət açıb. Qeyd edib ki, gənclər arasında daha populyar olan səsli kitab versiyasında Nəsimi irsinin elektronlaşdırılmasının məqsədi yeni innovativ texnologiyalara bağlı olan yeni gənc nəslə ədəbiyyatımızı tanıtmaqdır.

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərovanın sözlərinə görə, layihə çərçivəsində Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş «İki aləmdə varım…” adlı audio kitabı hazırlanıb. Mənbə olaraq Qəzənfər Paşayevin \”Nəsiminin İraq divanı\” kitabından və digər mənbələrdən istifadə olunub.

Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov milli ədəbi irsimizin tanıdılmasında bu cür layihələrin əhəmiyyətini vurğulayıb. Hazırlanmış kitab və filmin gənclərdə Nəsimi irsini öyrənməyə daha böyük həvəs yaradacağını qeyd edib.

Professor Qəzənfər Paşayev Nəsimi irsinin ədəbiyyatımızda özünəməxsus yeri və rolundan bəhs edib. Qeyd edib ki, şairin poeziyası bu gün də tədqiq edilir, oxunur. Professor hələ sovet dövründə tanınmış türkman ziyalı Əbdüllətif Bəndəroğlu ilə birgə Nəsiminin İraq divanını tədqiq etdiyini vurğulayıb. İraq divan nüsxəsinin məzmunundan bəhs edib. Ulu öndər Heydər Əliyevin görkəmli şairin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edilməsində xidmətlərini xüsusi qeyd edib. O, hazırda Hələbdə Nəsimi adına küçə olduğunu vurğulayıb.

Daha sonra nəsimişunas alim Səadət Şıxıyeva Nəsimi ədəbi irsinin özəlliklərindən və fəlsəfi istiqamətlərindən ətraflı bəhs edib.

Həmçinin layihə çərçivəsində tədbirdə Nəsiminin həyat və yaradıcılığına aid maraqlı məlumatları əks etdirən kitabça iştirakçılara təqdim edilib.

İnterpress.az