Ən aktiv zərərverici proqramlar müəyyənləşdirilibbackend

Ən aktiv zərərverici proqramlar müəyyənləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ICTnews-a istinadən bildirir ki, iyunda aşağıdakı zərərverici proqramlar geniş yayılıb: \”XMRig\”, \”JSEcoin\” və \”Cryptoloot\”. Bu proqramlar hakerlər tərəfindən kriptovalyutanın mayninqi üçün istifadə olunur.

Müdaxilə edilmiş qurğularda \”root\” girişin əldə edilməsi üçün \”Android\” əməliyyat sistemindəki boşluqlardan istifadə edən \”Lotoor\” zərərverici proqramı ən aktiv mobil təhdid olaraq qalır.

\”Android Lotoor\” üçün modulyar bekdor populyarlığına görə ikincidir, yüklənmiş zərərverici proqramlar üçün super istifadəçi hüququ verir, həmçinin onu sistem proseslərinə tətbiq etməyə kömək edir.

Mobil qurğular üçün ən aktiv təhdidlərin üçlüyünə \”Ztorg\” troyanları daxil edilib. Bu troyanlar \”Android\” qurğularda geniş üstünlüklər əldə edir və özlərini sistem kataloquna quraşdırırlar. Zərərverici proqram, həmçinin qurğuda istənilən başqa proqramı quraşdıra bilər.

İnterpress.az