Balakəndə bıçaqlanma hadisəsi baş veribbackend

Balakəndə bıçaqlanma hadisəsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakən rayon Polis Şöbəsindən (BŞP) verilən məlumata görə, Qazma kəndi ərazisində 1982-ci il təvəllüdlü Vüqar Xəlilovla həmkəndlisi, 1993-cü il təvəllüdlü Samir Bəxtiyar oğlu Muradlı arasında şəxsi münaqişə zəminində mübahisə olub. Mübahisə zamanı Samir Muradlı üzərində gəzdirdiyi bıçaqla Vüqar Xəlilova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk edib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Samir Muradlı tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Balakən Rayon Mərkəzi Xəstəxanasından bildirib ki, V. Xəlilov döş qəfəsinin sol nahiyəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. V. Xəlilovun üzərində cərrahiyə əməliyyat aparılıb, vəziyyəti ağır qiymətləndirilir.

İnterpress.az