Azərbaycanda İİV-ə yoluxanların 43,6%-i narkomandırbackend

Azərbaycanda İİV-ə yoluxanların 43,6%-i narkomandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycan vətəndaşları arasında 2018-ci il ərzində İİV-ə yoluxma hallarının 16,4%-i, ümumiliklə isə 1992-2019-cu il tarixədək yoluxma hallarının 43,6%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7408 nəfərdən, 3183 xəstə, inyeksion narkotik istifadəçiləri olublar ki, onların da 2516 nəfəri (79%) dispanser qeydiyyatına götürülüb.

Eyni zamanda qeyd olunub ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2018-ci ildə aşkarlanmış 630 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 103 (16,4%) nəfər İNİ-lər olub. Onların 59 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülüb, digərləri isə Әdliyyə Nazirliyinin Tibb Baş İdarəsi vasitəsilə aşkarlanıb və hazırda penitensiar xidmət müəssisələrində müşahidə olunurlar.

İnterpress.az