İlahiyyat İnstitutunun tələbələri professor Vejdi Bilginin mühazirəsini dinləyiblərbackend

İlahiyyat İnstitutunun tələbələri professor Vejdi Bilginin mühazirəsini dinləyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnstitutdan İnterpress.az-a bildirilib ki, professor Vejdi Bilgin tələbələrə Türkiyədə keçmişdə və hazırda mövcud olan dini həyat və xidmətlərdən söz açıb. Dinə zaman-zaman müxtəlif yanaşmalar olduğunu qeyd edən professor bu sahədə görülən işlərdən, Din İşləri İdarəsinin yaradılmasının əhəmiyyətindən danışıb. O, İlahiyyat fakültələri, burada təhsil alan tələbələr haqqında da ətraflı məlumat verib. Vejdi Bilgin, həmçinin dini maarifləndirmə sahəsində nəşrlərin önəmini vurğulayıb.

Maraqla qarşılanan mühazirədə professor tələbələrin çoxsaylı suallarını cavablandırıb.

İyulun 21-dən avqustun 5-dək davam etmiş yay məktəbi çərçivəsində tələbələrə müxtəlif fənlər tədris olunub. Həmçinin onların dünyagörüşünün zənginləşdirilməsi, polemika qabiliyyətinin artırılması, müxtəlif ölkələrin dini həyatı haqqında məlumatların əldə olunması məqsədilə fərqli peşə sahiblərinin, tanınmış ilahiyyatçıların iştirakı ilə seminar və konfranslar təşkil edilib.

Xatırladaq ki, Aİİ tələbələrin dini biliklərinin zənginləşdirilməsində, müxtəlif ölkələrdə dini həyatla əyani tanış olmaları məqsədilə dünyanın nüfuzlu universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır. Bu səbəbdən bir sıra ölkələrə səfərlər təşkil edilib. Müxtəlif universitetlər ilə əməkdaşlıq müqavilələri imzalanıb.

Hər il nəzərdə tutulan yay və qış məktəblərinin gələcəkdə dünyanın tanınmış universitetlərinin İlahiyyat fakültələri ilə birgə həyata keçirilməsi planlaşdırılır.

İnterpress.az