Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 61,3 faizə çatıbbackend

Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 61,3 faizə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən İnterpress.az-a bildirilib ki, ticarət sektorunda dövriyyə 22 faiz, o cümlədən pərakəndə ticarətdə 35 faiz, ictimai iaşədə isə 26 faiz artıb.

Topdansatış ticarət və istehsalda elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 faizdən 78 faizə yüksəlib. Təkcə topdansatış ticarətdə isə 65 faizdən 82 faizə qalxıb.

Həmçinin bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrin artım tempi qeyri-neft sektorunda 20,6 faiz, o cümlədən ticarətdə 43,4 faiz, pərakəndə ticarətdə 50,2 faiz, topdansatış ticarətdə 41,8 faiz, rabitədə 23,7 faiz, qeyri-neft istehsal sahəsində 30 faiz, kənd təsərrüfatında 91,4 faiz, xidmət sektorunda isə 20,8 faiz təşkil edib.

İnterpress.az