“Azneft”dən İnterpress.az-a verilən məlumata görə, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində yüksək fədakarlıq göstərərək fərqlənən dalğıclar müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovun müvafiq əmri ilə Fəxri fərmanlarla təltif ediliblər.
Bu münasibətlə Dalğıc Xidmətində Fəxri fərmanların təqdim olunması mərasimi keçirilib. “Azneft” İB-nin baş direktorunun müavini Əlimusa Quliyev Fəxri fərmanları dalğıclara təqdim edib.
Qeyd edək ki, iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman radarlardan itib və qəzaya uğrayıb. Xəzər dənizinə düşən təyyarə uzun sürən axtarışlardan sonra tapılıb, qalıqları və pilotun nəşi dənizdən çıxarılıb.
İnterpress.az