Bu barədə İnterpress.az \”Habertürk\”ə istinadən xəbər verir.
Məlumata görə, terrorçulara qarşı əməliyyat Daxili İşlər Nazirliyi tərəfindən Hakkari vilayətində keçirilib. Əməliyyat zamanı 2 terrorçu məhv edilib.
Türkiyə mətbuatı qeyd edib ki, zərərsizləşdirilən terrorçular üç türk hərbçisinin qətlə yetirilməsində iştirak ediblər.
Daha əvvəl Hakkari vilayətində, Yüksəkova ərazisində jandarm qüvvələrinin də cəlb edildiyi əməliyyat zamanı 4 PKK terrorçusu məhv edilib.
İnterpress.az






