İnstitutdan İnterpress.az-a bildiriblər ki, əvvəlcə qonaqlar bu elm müəssisəsinin ekspozisiya zalı və əlyazmaların bərpası və gigiyenası laboratoriyası ilə tanış olublar.
Əlyazmalar xəzinəsindəki ərəbdilli əlyazmalarla daha çox maraqlanan omanlı alimə mövzu haqqında ətraflı məlumat verilib. Bernard Parker institutda saxlanılan ingilis dilində olan materialların mövzuları ilə maraqlanıb.
Hər iki qonaq Əlyazmalar İnstitutunun zənginliyinə öz heyranlıqlarını bildirərək xatirə kitabına ürək sözlərini yazıblar.
İnterpress.az