Moda üzrə tanınmış fotoqraf Peter Lindberq dünyasını dəyişibbackend

Moda üzrə tanınmış fotoqraf Peter Lindberq dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS agentliyinə istinadən xəbər verir ki, fotoqraf son illər Nyu-Yorkda, Fransanın Paris və Arle şəhərlərində yaşayırdı. O, 1944-cü ildə Polşada doğulub, 1971-ci ildən fotoqrafiyaya maraq göstərərək reklam üçün şəkillər çəkməyə başlayıb.

1978-ci ildə Parisə köçəndən sonra artıq onun beynəlxalq karyerası başlanır. O, bütün diqqətini moda üzərində cəmləyib, Katrin Denev, Madonna, Şeron Stoun, Sindi Krouford, Natalia Vodyanova, Olqa Rodinova kimi məşhur modellərlə işləyib.

P.Lindberqin şəkillərini dəfələrlə “Vogue”, “Rolling Stone” kimi moda jurnalları öz səhifələrində yerləşdiriblər.

İnterpress.az