Azərbaycanın Argentina və Meksika ilə iqtisadi əlaqələri müzakirə edilibbackend

Azərbaycanın Argentina və Meksika ilə iqtisadi əlaqələri müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycanla Argentina arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərin qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslandığını, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əməkdaşlığın inkişafında rolunu vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın müqavilə-hüquq bazası mövcuddur. Ticarət və iqtisadi əməkdaşlıq, vergi məlumatlarının mübadiləsi, elmi, texnoloji tədqiqat və innovasiya sahələrində, gömrük işi, texniki əməkdaşlıq və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb.

Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı və prioritetləri, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib, ölkəmizin iqtisadi imkanlarını, qeyri-neft məhsullarının istehsalı və aqrar sahədə əməkdaşlıq potensialını vurğulayıb, argentinalı iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin təşkilinə dəvət edib.

S.O.P.Qunella Azərbaycan-Argentina iqtisadi əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını qeyd edib, Argentinanın biznes imkanlarına dair məlumat verib, argentinalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiklərini diqqətə çatdırıb.

Görüşdə Azərbaycandakı sənaye parklarında və aqroparklarda Argentina şirkətlərinin iştirakı, sənaye, kənd təsərrüfatı, əczaçılıq, ticarət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi və birgə lahiyələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Ş.Mustafayev həmçinin Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşdə Azərbaycan-Meksika iqtisadi əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında ticarət əlaqələri barədə danışan nazir bildirib ki, son illər iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilir. Bununla belə, qarşılıqlı ticarətin genişləndirilməsi üçün hər iki ölkənin imkanları genişdir. İqtisadiyyat naziri işgüzar dairələrinin iştirakı ilə keçirilən biznes forumların, işgüzar görüşlərin təşkilinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib, Meksika şirkətlərini Azərbaycanda keçirilən sərgilərdə iştiraka, azərbaycanlı həmkarları, xüsusilə kiçik və orta biznes subyektləri ilə fəal əməkdaşlığa dəvət edib.

X.R.L.Flores ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, Meksika-Azərbaycan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb, Meksika sahibkarlarının Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Meksika iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri, iş adamları, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Meksikanın aidiyyəti qurumları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub.