Azərbaycan Yazıçılar Birliyində sədr müavini postu ləğv ediləcəkbackend

Azərbaycan Yazıçılar Birliyində sədr müavini postu ləğv ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xeber verir ki, bunu APA-ya AYB-nin təşkilati məsələlər üzrə katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

“Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov vəfat edəndən sonra belə qərara gəldik ki, AYB sədrinin müavini postu ləğv edilsin”, – Ç. Abdullayev vurğulayıb.

O AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin təşkilatın tərkibindəki Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğluna həvalə edildiyini də diqqətə çatdırıb: “Səlim Babullaoğlu həm AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həm də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri olacaq”.

Qeyd edək ki, AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri şair Abbas Abdulla bu yaxında vəfat edib.